Nazirin əmri ilə bəzi normativ sənədlər dəyişdirildi

Nazirin əmri ilə bəzi normativ sənədlər dəyişdirildi
Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin və "Dövlət rüsumu haqqında” qanunun tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də vergi nəzarətinin səmərəliliyinin artırılması, təhlil bazasının genişləndirilməsi məqsədilə bir neçə normativ sənədə dəyişikliklər təsdiq edilib.

ANN.Az-ın məlumatına görə, Report Vergilər Nazirliyinə istinadən xəbər verir ki, "Dövlət rüsumunun tutulması haqqında hesabat”, onun 2 nömrəli Əlavəsi və tərtib edilmə Qaydaları və "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə Əlavə №-1”-in tərtib edilməsi Qaydaları yeni redaksiyada təsdiq olunub.

Yeni redaksiyaya əsasən, "Dövlət rüsumunun tutulması haqqında hesabat” "Dövlət rüsumu haqqında” qanunda qeyd edildiyi kimi, dövlət rüsumunun tutulmasına və büdcəyə ödənilməsinə məsul olan şəxslər tərəfindən hesabat rübündən sonrakı ayın 20-dək vergi orqanına təqdim edilir.

"Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə Əlavə №-1”-in tərtib edilməsi Qaydalarına əsasən, Əlavədə qeyd olunası məlumat olmadığı halda, yəni bəyannamənin müvafiq sətirlərində göstəricilər qeyd olunmamışdırsa, Əlavə təqdim edilmir.

Hər iki Qayda haqqında ətraflı məlumatı Vergilər Nazirliyinin rəsmi internet saytı www.taxes.gov.az-dan əldə etmək olar.
 



www.ann.az

Xəbər lenti