Nazirdən manatla bağlı açıqlama

Nazirdən manatla bağlı açıqlama
Cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb", - deyə nazir əlavə edib.

S.Şərifov qeyd edib ki, cari ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb: "Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə, 1,2 faiz profisit əldə olunub".
 


www.ann.az

Xəbər lenti