Nalbandyan: "Türkiyə ilə bütün protokolları ləğv edəcəyik"

Nalbandyan:
Ermənistan xarici işlər nazirliyi Eduard Nalbandyan Türkiyə ilə 2009-cu ildə imzalanmış münasibətləri normallaşdırmaq barədə protokolu ləğv edəcəklərini açıqlayıb. 

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, nazir Türkiyənin bu protokollara hörmət etmədiyini bildirib: "Ermənistan prezidenti Serj Sarkisyan cari ilin sentyabrında bildirmişdi ki, rəsmi Yerevan protokolu keçərsiz sayacaq. O vaxtdan indiyədək normallaşma istiqamətində heç bir müsbət addım atılmayıb. Bu səbəbdən 2018-ci ilin yazını bu protokolsuz qarşılayacağıq”.

Qeyd edək ki, 2008-ci ilin payızında Türkiyə ilə Ermənistan arasında başlayan proses 2009-cu ildə iki ölkə arasında belə bir sənədin imzalanması ilə nəticələnmişdi.

www.ann.az

Xəbər lenti