Müdafiə naziri həmsədrlərlə görüşüb

Müdafiə naziri həmsədrlərlə görüşüb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 19-da ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

ANN.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki əməliyyat şəraiti müzakirə olunub.
 


www.ann.az

Xəbər lenti