MTRŞ Mirşahinin kanalına müddətsiz lisenziya verdi

MTRŞ Mirşahinin kanalına müddətsiz lisenziya verdi
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. 

Şuradan Ann.az-a verilən məlumata görə, iclasda "REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. 

Milli Televiziya və Radio Şurasının qərarına əsasən "REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. 

Qeyd qeyd edək ki, yeni yaradılacaq "Real TV" adlı kanal Mirşahin Ağayevə məxsusdur. Kanal hələlik internetdə yayımlanacaq.

www.ann.az

Xəbər lenti