Moskvadan Bakıya uçan təyyarə Volqoqrada endi

Moskvadan Bakıya uçan təyyarə Volqoqrada endi
Moskvadan Bakıya uçan təyyarə Volqaqradda məcburi eniş edib.

Ann.az "RIA-Novosti”yə istinadən xəbər verir ki, buna səbəb sərişinlərdən birinin səhhətinin pisləşməsi olub. Ağciyər xərçəngindən əziyyət çəkən sərnişinin yüksək təzyiq səbəbindən vəziyyəti pisləşib. Bu səbəbdən Moskva-Bakı reysini həyata keçirən "Aeroflot” məxsus "Boeing-737" təyyarəsi Volqoqradda məcburi eniş edib.

Moskva vaxtı ilə saat 12.48-də təyyarə yerə enib və xəstəyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib. "Boeing-737" artıq Bakıya uçub.


www.ann.az

Xəbər lenti