“Moody's” “Xalq Bank”ın depozit reytinqi üzrə proqnozunu yüksəldib

“Moody's” “Xalq Bank”ın depozit reytinqi üzrə proqnozunu yüksəldib
"Moody's” beynəlxalq reytinq agentliyi "Xalq Bank” ASC-nin xarici və yerli valyutada uzunmüddətli depozit reytinqini "B3” səviyyəsində təsdiq edib. 

"APA-Economics” agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz "neqativ”dən "stabil” yüksəldilib. 

Məlumatda qeyd olunub ki, bundan başqa bankın baza kredit qiymətləndirilməsi "caa1” səviyyəsində, xarici və yerli valyutada uzunmüddətli kontragentin risk reytinqi və qısamüddətli depozit reytinqi "B2” səviyyəsində təsdiq olunub. Eyni zamanda reytinq agentliyi bankın kontragentin uzun və qısamüddətli risk qiymətləndirilməsini də "B2” səviyyəsində təsdiq edib. "Bankın reytinqi üzrə proqnozun neqativdən stabilə yüksəldilməsi aktivlərin keyfiyyətinin və mənfəətlilik göstəricilərinin yüksəlməsi, eyni zamanda kapital dayanıqlılığının yaxşılaşması ilə bağlıdır. Təsdiq olunan reytinq bankın stabil maliyyələşməsini və likvidliyini əks etdirir,” – deyə məlumatda vurğulanıb.  

www.ann.az

Xəbər lenti