MN: Çoxlu sayda müasir silahlar cəbhəboyu zonaya göndərilir - FOTO + VİDEO

MN: Çoxlu sayda müasir silahlar cəbhəboyu zonaya göndərilir - FOTO + VİDEO
zərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması həyata keçirilib.

Müdafiə Nazirliyindən ANN.Az-a verilən məlumata görə, Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək.

Məlumatda bildirilir: "Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq. Rusiya hərbi texnikası və silahlarının Azərbaycana gətirilməsi davam edəcəkdir".

Eyni zamanda 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində "Rosoboroneksport” SC-nin Baş direktoru Aleksandr Mixeyev birincilər sırasında Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənəvun adına təbrik məktubu ünvanlayıb.

Təbrikdə qeyd edilir ki, ölkələrimizin birgə səyləri dövlətlərimizə fayda gətirəcək və Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmlənməsinə xidmət edəcəkdir.

Məktubda həmçinin bildirilir ki, hərbi-texniki əməkdaşlığın inkişafı Azərbaycan xalqının sülh və əmin-amanlığının təmin olunmasında Silahlı Qüvvələrinizin güc və qabiliyyətinin daha da artırılmasına xidmət edəcəkdir.
 


www.ann.az

Xəbər lenti