"Mixaylo"nun öz xətti ilə yazdığı şeiri üzə çıxıb - FOTO

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev "Mixaylo” ləqəbi ilə məşhur olan partisan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin öz xətti ilə yazdığı şeirini paylaşıb.

ANN.Az kult.az-a istinadən 1944-cü ildə yazıldığı bildirilən şeiri təqdim edir:

Nə olur bir sarı yapraq olaydım

Sabahın yelləri alaydı məni

Aşıb bəyaz qarlı hündür dağları

Vətən torpağına salaydı məni

Sabahın yelləri alaydı məni.

Əzizim ellər ayrısı,

Bülbüləm güllər ayrısı,

Bir gününə dözməzdim, yar

Olmuşam illər ayrısı.

4.04.1944

"Pola”, İtaliya.

 


www.ann.az

Xəbər lenti