Mingəçevir İES-də yenidən başlayan yanğın söndürüldü (FOTOLAR/VİDEO/YENİLƏNİB)

Mingəçevir İES-də yenidən başlayan yanğın söndürüldü (FOTOLAR/VİDEO/YENİLƏNİB)
Bu gün səhər saat 09 radələrində Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) ehtiyat transformatorlarından birində yanğın baş verib.

ANN.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin texnikası və yanğınsöndürənləri cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.
 
*** 
 
Mingəçevirdə yerləşən "Azərbaycan İES”-də yenidən yanğın başlayıb.

ANN.Az minval.info-ya istinadən xəbər verir ki, hadisə yerində olanlar nasaz olan açarların birində yenidən yanğın başladığını deyirlər: "Dünən Baş prokuror da Prezident qarşısında dedi ki, elektrik açarları müasir deyil. Hazırda o açarlardan biri yanır.”

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının tezliklə ram edilməsinə və yenidən ciddi problem baş verməməsi üçün yanğının tez bir zamanda söndürülməsi üçün çalışırlar. Ancaq alovların qarşısını almaq hələ ki mümkün olmayıb.

 



www.ann.az

Xəbər lenti