Milyard dollarlıq dahi türk kimdir? (FOTOLAR)

Milyard dollarlıq dahi türk kimdir? (FOTOLAR)
2016-cı ildə Forbes jurnalı İzmirdə doğulan Robert Kollec məzunu və San Dieqo mərkəzli 12 milyard dollar dəyərindəki biotexnologiya şirkəti Samumedin qurucusu və CEO-su iş adamı Osman Kibarı da dünyanı dəyişdirən 30 insan arasına salaraq jurnalın üz qabığına yerləşdirmişdi.



Jurnalda San Dieqo mərkəzli və 12 milyard dollar dəyərindəki biotexnologiya şirkəti Samumedin qurucusu və CEO-su Osman Kibarın məqsədinin yaşlanmağın qarşısını aldığı bildirilmişdi.

Samumedin yaşlanmağın qarşısını ala biləcək tibbi kəşflər edəcəyini vurğulayan Forbes Osman Kibarın professional poker oyunçusu olduğuna da toxunur.

Xəbərdə Osman Kibarın pokerdəki müvəffəqiyyətləri belə izah edilir:

"Əgər Googleda Osman Kibarın adını yazsanız poker oynayarkən çəkilən fotoşəkillərini tapacaqsınız. Professional oyunçu olmamasına baxmayaraq 2006-cı ildə ilk poker turnirini qazandı, bir il sonra Las Vegasda 3 min oyunçunun qatıldığı Dünya Poker Çempionatında ikinci oldu.”



Kibarın şirkəti Samumedin üzərində çalışdığı dərmanlardan biri də keçəl kişilərdə təkrar saç çıxara və ağ saçların orjinal rənginə dönməsini təmin edə bilər.

Osman Kibar kimdir?

Osman Kibar Robert Kolleci məzunudur. Daha sonra Kaliforniyaya gedən və təhsil həyatına Pomona Kollecində davam edən Kibar burada mühəndislik və biofotonik təhsili alıb, magistr təhsili əsnasında da bio-texnologiya şirkəti Gennoptixi qurub. Novartis bu şirkəti 2011-ci ildə 470 milyon dollara satın alıb. Bundan başqa qurduğu bir başqa elektron şirkətini də İntelə satıb.

Çox bürokratik olduğunu düşündüyü üçün universitetdən ayrılan Osman Kibar New Yorka köçüb burada yeni texnologiya startuplarını təqib edən PEQUOT Capital şirkətində işə başlayıb. Daha sonra San Dieqoya geri dönməyə qərar verən Kibar təsadüfən qarşılaşdığı köhnə dostu Cevdet Samikoğluna dünyanı dəyişdirəcək texnologiyalar haqqında iş planını söyləyir.



Samikoğlu şirkəti qura bilməsi üçün ona 3.5 milyon dollarlıq investisiya edir. Şirkətə İntherix adını verən Kibar dah sonra onun adını Samumed kimi dəyişdirir.

Asfalt Osmanın nəvəsi

Osman Kibar 1964-1973 illəri arasında İzmir Bələdiyyə sədri vəzifəsini icra edən Osman Kibarın nəvəsidir.

Osman Kibar vəzifədə olduğu müddətdə İzmirin bütün yollarını asfaltlatdığı üçün "Asfalt Osman” ləqəbini alıb.

1986-ci ildə həyatını itirən Osman Kibarın iki oğlundan biri məşhur bəstəkar Melih Kibar, digəri də İzmirin məşhur iş adamlarından olan Seli Kibardır.

Mənbə: bizplus.az

www.ann.az

Xəbər lenti