Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb
Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.

ANN.Az-ın "Report”a istinadən xəbərinə görə, plenar iclas oktyabrın 2-də keçiriləcək.

Parlamentin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya həmin gündən sonra gələn ilk birinci iş günü öz işinə başlayır.

İclasın gündəliyi tam hazır olmasa da, gündəliyə daxil ediləcək bəzi məsələlər məlum olub. Bunlar "Müdafiə haqqında”, "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Korrupsiyaya qarşı mübarizə haqqında”, "Sanitariya-epidemioloji salamatlıq haqqında”, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Dövlət qulluğu haqqında”, "Əmək pensiyaları haqqında”, "Heyvanlar aləmi haqqında”, "Muzeylər haqqında”, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, "Rəsmi statistika haqqında”, "Təhsil haqqında”, "Yanğın təhlükəsizliyi haqqında”, "Yaşayış minimumu haqqında” qanunlarına əlavə və dəyişiklik layihələridir. 
 


www.ann.az

Xəbər lenti