Milli Məclisdə “Sosial xidmət haqqında” qanunla bağlı dinləmələr keçirilir

Milli Məclisdə “Sosial xidmət haqqında” qanunla bağlı dinləmələr keçirilir
Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin bugünkü iclasında "Sosial xidmət haqqında” qanunla bağlı dinləmələr keçirilib.

ANN.Az-ın report-a istinadən məlumatına görə, komitə sədri Hadi Rəcəbli bildirib ki, dinləmələrin keçirilməsinə zəmin yaradan amillərdən biri qanunun yerlərdə icrası zamanı bəzi çətinliklərin meydana çıxmasıdır.

O vurğulayıb ki, hazırda qanunun icrası ilə bağlı istəklər çoxalıb, sosial xidmətlərin əhatə dairəsi genişlənib: "Məqsəd qanunun daha işlək olmasını təmin etməkdir”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov dinləmələrdə qeyd edib ki, bu qanun Azərbaycanda çətin həyat şəratində yaşayan insanlara sosial xidmətlərin göstərilməsi məqsədilə qəbul edilib.
O bildirib ki, hazırda nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 339 uşaq tam dövlət nəzarətində yaşayır: "2011-2016-cı illər ərzində dövlət uşaq müəssisələrindən 137 uşaq daimi yaşayış üçün ailələrə qaytarılıb. Abşeron rayonu Masazır qəsəbəsində valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olan gənclər üçün 3-cü binanın inşasına başlanılıb. Bizim belə binaların sayını artırmağa və belə gənclərin problemini aradan qaldırmağa imkanımız var”.

Hazırda dinləmələr davam edir.

www.ann.az

Xəbər lenti