Millət vəkili: Ermənistan “Şərq Tərəfdaşlığı” proqramında Rusiyanın təmsilçisidir

Millət vəkili: Ermənistan “Şərq Tərəfdaşlığı” proqramında Rusiyanın təmsilçisidir
Son zamanlar Ermənistanın Rusiyadan soyuyaraq ümidlərini Qərbə doğru dəyişməsi müşahidə olunur. Rəsmi Yerevan hətta Moskvanı Azərbaycana silah satmaqla ikili siyasət yürütməkdə də ittiham edir.

ANN.Az xəbər verir ki, millət vəkili Asim Mollazadə oxu.az-a açıqlamasında Ermənistanın Qərbə meyillənməsini "siyasi oyun" adlandırıb.

"Ermənistan Moskvanın icazəsi ilə və məhz Rusiyanın mənfəəti üçün  Avropaya üz tutur. Əslində, Ermənistan "Şərq Tərəfdaşlığı” proqramında bir növ Rusiyanın  təmsilçisidir.  Bu da Rusiyanın istənilən zaman Ermənistan vasitəsilə proqramın bütün proseslərinə özünün mənfi təsir göstərə bilməsi deməkdir. 

Bu pərdəarxası oyunla Rusiya Beynəlxalq ictimaiyyətə  Ermənistanın müstəqil siyasət apardığını və buna görə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Yerevana təzyiq göstərmək gücündə olmadığını nümayiş etdirməyə çalışır”, - deyə millət vəkili bildirib.
 


www.ann.az

Xəbər lenti