Mikayıl Cabbarov büdcəni artırdı: şərt qoydu

Mikayıl Cabbarov büdcəni artırdı: şərt qoydu
Vergilər naziri Mikayıl Cabbarov rəhbəri olduğu federasiyanın büdcəsini artırıb.

ANN.Az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Azərbaycan Badminton Federasiyası ötən illə müqayisədə maliyyə problemlərini aradan qaldırıb.

Belə ki, federasiya bu ildən həm maaşları vaxtında ödəməyə, həm də yeni idmançıların milliyə cəlb olunmasına başlayıb. Yeni vergilər naziri təyin olunan Mikayıl Cabbarovun büdcəni artırmaqla qurumun fəaliyyətini genişləndirmək və olimpiadaya qədər heyəti gücləndirmək niyyətindədir. Federasiya rəhbərliyinin irəli sürdüyü şərtə görə, növbəti ildən yarışlarda uğur qazanılacağı təqdirdə maaşlarda artım da olacaq.

Məsələ ilə bağlı badminton federasiyasının mətbuat katibi Kənan Hakimov belə açıqlama verib:

"Federasiyanın büdcəsi ilə bağlı heç nə deyə bilmərəm. Əsas odur ki, heç bir maddi sıxıntı yoxdur. Maaşlar vaxtında ödənilir. Bu həftəsonu ali təhsil müəssələri arasında klub çempionatı start götürəcək. Artıq iki indoneziyalı idmançımız var. Ümumilikdə idmançılarımız hazırlığını davam etdirir. Növbəti mövsüm üçün təqvimdə yer alanlar bir çox yarışlarda iştirak edəcək. Bu təqvimə də gələn ilin fevralında Rusiyanın Kazan şəhərində keçiriləcək Avropa çempionatı daxildir. İdmançılarımız burada geniş tərkiblə təmsil olunacaq”.
 


www.ann.az

Xəbər lenti