MIGA-nın vitse-prezidenti Bakıya gəlir

MIGA-nın vitse-prezidenti Bakıya gəlir
Dekabrın 18-də Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Təminatı Agentliyinin (Multilateral Investment Guarantee Agency - MIGA) icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keyko Honda (Keiko Honda) Azərbaycana səfər edəcək.

"Report"un əldə etdiyi məlumata görə, 1 gün davam edəcək səfər çərçivəsində K.Honda Prezident İlham Əliyev, maliyyə naziri Samir Şərifov və hökumətin iqtisadi blokuna daxil olan digər rəsmilərlə görüşəcək. 

Xatırladaq ki, 2016-cı ilin dekabrında MIGA-nın Direktolar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə ayrılan investisiyalar üzrə 1,2 mlrd. ABŞ dolları dəyərində zəmanət verilməsini təsdiq edib.


www.ann.az

Xəbər lenti