Metronun yeni çıxışında hansı yeniliklər var? - AÇIQLAMA - FOTOLAR

Metronun yeni çıxışında hansı yeniliklər var? - AÇIQLAMA - FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün "Elmlər Akademiyası" metrostansiyasının əsas girişi istifadəyə verilib.

Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayevin ANN.Az-a verdiyi məlumata görə, stansiyada memarlıq üslubu qorunmaqla təmir işləri aparılıb: "Stansiyaya girişin qapıları yenilənib, döşəmənin altında istilik sistemi quraşdırılıb, havalandırma sistemi yaradılıb, istifadəyə yarasız olan 3 eskalator yeniləri ilə əvəz edilib və gözdən əlil insanların hərəkətini asanlaşdırmaq üçün sarı zolaq salınıb".

"Əslində stansiyanın təmiri 6 ay nəzərdə tutulsa da, sərnişin sıxlığını nəzərə alıb, tədris ilinin başlanılması ilə əlaqədar məhz bu gün açılış etdik" - deyə qurum rəsmisi əlavə edib.

Qeyd edək ki, "Elmlər Akademiyası" stansiyasında təmir işlərinə aprel ayının 15-dən başlanılmışdı.
 
Orxan Aslanlı












Orxan Aslanlı
www.ann.az

Xəbər lenti