Məsud Bərzani noyabrın 1-dən vəzifəsindən gedəcəyini bəyan edib

Məsud Bərzani noyabrın 1-dən vəzifəsindən gedəcəyini bəyan edib
İraq Kürdüstanının rəhbəri Məsud Bərzani noyabrın 1-də vəzifəsindən gedəcəyini bəyan edib.

"Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Deutsche Welle" məlumat yayıb.

Seçkilərə qədər onun vəzifələrini birgə regional hökumət, parlament və ali məhkəmə instansiyaları icra edəcək.

Bildirilir ki, Bərzaninin istefasını İraq Kürdüstanının müxalifəti tələb edib. Bu, kürdlərin İraq hərbçiləri ilə toqquşmalardan sonra öz nəzarətləri altında olan ərazilərin bir hissəsini itirməsindən sonra baş verib.

www.ann.az

Xəbər lenti