Məşhur türk mütəxəssis Azərbaycan klubunun baş məşqçisi oldu

Məşhur türk mütəxəssis Azərbaycan klubunun baş məşqçisi oldu
Ertuğrul Sağlam "Traktorsazi"nin baş məşqçisi olacaq. 

ANN.Az xəbər verir ki, türk mütəxəssis Təbriz klubu ilə anlaşıb.

Bir müddətdi danışıqlar aparan tərəflər İstanbulda görüşüb. Görüşdə tərəflər arasında prinsipial anlaşma əldə olunub. 

Ertuğrul Sağlam bu axşam İrana yollanacaq və burda aparılacaq yekun danışıqlardan sonra sabah "Traktorsazi" ilə müqavilə imzalanacaq. O, ilkin olaraq mövsümün qalan 11 oyununda Təbriz klubuna başçılıq edəcək. Mövsümün sonunda tərəflər yenidən danışıqlar masasına əyləşəcək.

Ertuğrul Sağlam yerli mediaya açıqlamasında "Traktorsazi" ilə prinsipial anlaşma əldə etdiklərini bildirib: "Bu xaşam İrana gedəcəyik. Orda son bir görüş keçirib danışıqları davam etdirəcəyik. Bir problem olmasa, bu komandanın başına keçəcəm".

Qeyd edək ki, Ertuğrul Sağlam karyerası ərzində Türkiyənin "Samsunspor", "Kayserispor", "Beşiktaş", "Bursaspor", "Eskişəhərspor" və "Yeni Malatyaspor" klublarını çalışdırıb. O, 2010-cu ildə "Bursaspor"u çempion edərək Türkiyə tarixinə düşüb. Belə ki, ilk dəfə 4 böyükdən başqa bir klub ölkə çempionu olub.
 


www.ann.az

Xəbər lenti