Məşhur terroçu Xəttab belə öldürüldü (TƏFƏRRÜAT)

Məşhur terroçu Xəttab belə öldürüldü (TƏFƏRRÜAT)
Çeçenistanda beynəlxalq terrorçu Xəttabın zərərsizləşdirilməsinin detalları məlum olub.
 
APA-nın "Rosbalt”a istinadən verdiyi xəbərə görə, terrorçu məktub vasitəsi ilə zəhərlənərək məhv edilib. Məlumata əsasən, onun zərərsizləşdirilməsi tez-tez yerini dəyişməsi və rabitə vasitələrinə güvənməməsi səbəbindən çətin olub. Terrorçu kənar şəxslərlə məktub vasitəsi ilə əlaqə saxlayıb. Məktublar isə kuryerlərə izlənməsi mümkün olmayan xüsusi zəncir vasitəsi ilə çatdırılıb.
 
Xəttabın öldürülməsinə görə mükafat təyin edildikdən sonra kuryerlərdən biri əməkdaşlıq etməyə razılıq verib. 2002-ci ildə kuryer hüquq-mühafizə orqanlarına Səudiyyə Ərəbistanından məktub aldığını bildirib. Moskvadan kimyaçı mütəxəssis həmin məktubun üzərində işləyərək üzərinə kəskin zəhərləyici xüsusiyyətə malik zəhər töküb.
 
Xəttabın mühafizəçisi istintaq zamanı bildirib ki, Xəttab məktubu oxuduqdan sonra yandırıb. Zəhər 3 gündən sonra təsirini göstərməyə başlayıb və terrorçu 2002-ci il martın 20-də ölüb.


www.ann.az

Xəbər lenti