Məşhur ispan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı (FOTO)

Məşhur ispan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı (FOTO)
İspaniyanın məşhur idman nəşri "El Mundo Deportivo" kobud səhv buraxıb.

İspan KİV-i "Atletiko”nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycan futbolunun Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ”ı "erməni klubu” adlandırıb.

"Çolo”nun uşaqları ("Atletiko”nun baş məşqçisi Dieqo Simeonun ləqəbi) dünən gecə erməni "Qarabağ”ına qarşı oynadı – rəqib, hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq "Atletiko” qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını hirsləndirdi”, – deyə Mundo Deportivo yazıb.

Xatırladaq ki, "Qarabağ”-"Atletiko” matçı – çərşənbə günü Bakı Olimpiya Stadionunda oynanılıb və qolsuz heç-heçə ilə nəticələnib.(Virtualaz.org)
 


www.ann.az

Xəbər lenti