Mərkəzi Bank qiymətli kağız satışını azaltdı

Siyasət 17-02-2017 16:00 Oxunma sayı: 92
Mərkəzi Bank qiymətli kağız satışını azaltdı
Dövlət istiqrazları ilə aparılan repo əməliyyatlarının səviyyəsi düz 15,6 dəfə azalıb. 

ANN.Az-ın məlumatına görə, Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı hesabata əsasən, xəbər verir ki, ümumi məbləği 2 milyon manat olan cəmi iki repo əməliyyatı keçirilib ki, bu da 2015-ci illə müqayisədə 15,6 dəfə azdır.

Xatırladaq ki, repo dedikdə, Mərkəzi Bank tərəfindən qiymətli kağızların kommersiya banklarına satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatı nəzərdə tutulur. 

Bu əməliyyat dövriyyədə olan pul kütləsinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir. Tərs-Repo isə Mərkəzi Bank tərəfindən qiymətli kağızların kommersiya banklarından alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlara geri satılmasını nəzərdə tutan əməliyyatdır. 

Əks-reponun tətbiq olunmasında məqsəd dövriyyədə olan pul kütləsinin qısamüddətli dövrdə artırılmasıdır.
 



www.ann.az

Loading...