Mərkəzi Amerikada tropik fırtına nəticəsində 22 nəfər ölüb

Mərkəzi Amerikada tropik fırtına nəticəsində 22 nəfər ölüb
Mərkəzi Amerika ölkələrində "Neyt" tropik fırtınası nəticəsində 22 nəfər ölüb.

"Report" "Fox News"a istinadən xəbər verir ki, hazırda fırtınanın mərkəzi təqribən Hondurasın 64 kilometrliyindədir.

Hakimiyyət orqanlarının məlumatına görə, fırtınanın doğurduğu yağış və daşqınlar səbəbindən Nikaraquada ən azı 15 nəfər, Kosta-Rikada isə 7 nəfər həyatını itirib.

Fırtına yaxın istirahət günlərində ABŞ-ın cənub ştatlarına çatacaq.

www.ann.az

Xəbər lenti