Mehriban Əliyeva məşhur bəstəkarın müalicəsi ilə bağlı tapşırıq verdi

Mehriban Əliyeva məşhur bəstəkarın müalicəsi ilə bağlı tapşırıq verdi
Bir neçə gün öncə insult keçirərək 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar İncəsənət Xadimi, bəstəkar Tahir Əkbərin vəziyyəti ağır olaraq qalır.
 
Bəstəkarın səhhəti ilə bağlı azxeber.com-a açıqlama verən onun yaxın dostu, əməkdar artist Aybəniz Haşımova qeyd edib ki, hazırda T.Əkbər ciddi həkim nəzarəti altındadır.
 
Aybəniz Haşımova qeyd edib ki, 1-ci vitse-prezident Mehriban Əliyeva bəstəkarın xəstəxana xərclərinin qarşılanması ilə bağlı tapşırıq verib: "Bir az əvvəl isə bizimlə əlaqə saxlayaraq bəstəkarın bütün müalicə xərclərinin və bütün digər problemlərin hörmətli Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən qarşılanacağını bildirdilər. Tahir Əkbərin ailəsi və öz adımızdan Mehriban xanıma çox təşəkkür edirik!"
 


www.ann.az

Xəbər lenti