Maliyyə Nazirliyindən sığorta şirkətinə transfer olub

Maliyyə Nazirliyindən sığorta şirkətinə transfer olub
Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta”) Beynəlxalq əlaqələr və təkrarsığorta Departamentinə yeni direktor təyin edilib.

Ann.az "Report”a istinadən xəbər verir ki, şirkətə istinadən xəbər verir ki, bu, Rövşən Cəlillidir.

O, bundan əvvəl Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin xəzinə əməliyyatları şöbəsinin müdir müavini olub və yeni vəzifəsində hazırda "Günay Sığorta” ASC-nin Direktorlar Şurasının üzvü olan Vüqar Babakişiyevi əvəz edib.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 mln. manatdır. 

www.ann.az

Xəbər lenti