Lionel Messi İspaniya Superkuboku uğrunda oyunda Serxio Ramosu təhqir edib - VİDEO

Lionel Messi İspaniya Superkuboku uğrunda oyunda Serxio Ramosu təhqir edib - VİDEO
"Real Madrid” və "Barselona” arasında keçirilmiş futbol üzrə İspaniya Super Kuboku uğrunda cavab matçı zamanı komandaların kapitanları arasında insident baş verib.

ANN.Az-ın "Report”a istinadən verdiyi məlumata görə, qonaqların hücumçusu Lionel Messi meydan sahiblərinin müdafiəçisi Serxio Ramosu təhqir edib.
Buna oyunun gedişində ispaniyalının argentinalı rəqibini ələ salması səbəb olub. "Real Madrid"in kapitanı ikinci hissədə topu əlinə alaraq, Messi ona yaxınlaşanaq qədər gözləyib, daha sonra isə kənara atıb. Nəticədə hisslərini cilovlaya bilməyən "Barselona"nın lideri rəqibini təhqir edib. Lakin "kral klubu"nun oyunçusu buna məhəl qoymayıb.

Qeyd edək ki, "Real Madrid" "Barselona”nı səfərdə 3:1, evdə 2:0 hesabı ilə yenərək, tarixində 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub.


www.ann.az

Xəbər lenti