Leyla Əliyeva Ömər Eldarov üçün tort kəsdi (FOTOLAR)

22 Dekabr 2017, 09:12
22 Dekabr
2017
09:12
334
Dekabrın 21-də Heydər Əliyev Mərkəzində Xalq Rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 90 illik yubileyi ilə bağlı "Gözəllik və monumentallıq” adlı fərdi sərgisi açılıb.
Ann.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.
Sərgidə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər.
Sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Birinci-vitse prezident Mehriban Əliyevanın Xalq Rəssamı Ömər Eldarova 90 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu oxuyub.
Məktubda Ömər Eldarovun Azərbaycan heykəltəraşlıq sənətinin inkişafında misilsiz xidmətləri vurğulanıb, görkəmli incəsənət xadiminin xalqımızın mənəvi təkamülünə, gənclərimizin estetik tərbiyəsinə mühüm töhfələr verdiyi, Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək milli heykəltəraşlıq məktəbini zənginləşdirdiyi qeyd edilib. Bildirilib ki, Ömər Eldarov uzun illər ərzində milli mədəniyyətimizin təbliği ilə bağlı böyük səylər göstərib, Azərbaycan heykəltəraşlıq sənətini bütün dünyada layiqincə təmsil edib, ölkəmizdə yeni sənətkarlar nəslinin yetişdirilməsi, gənc rəssamlarımızın böyük sənətə cəlb olunması və onlarda bədii-estetik zövqün formalaşdırılması işinə xidmət edən pedaqoji fəaliyyət göstərib.
Tədbirdə çıxış edən yubilyar əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Xalq Rəssamı deyib ki, bu günlər onun üçün xüsusilə əlamətdardır. Bir çox mükafatlara layiq görüldüyünü xatırladan Ömər Eldarov vurğulayıb ki, Azərbaycanın ən yüksək mükafatı – "Heydər Əliyev” ordeninə layiq görülməsindən şərəf hissi duyur. Görkəmli heykəltəraş ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqətdən də söz açıb. Altı yaşından təsviri incəsənət sahəsinə maraq göstərdiyini deyən Ömər Eldarov sərgidə nümayiş olunan əsərlərin onun iç dünyasını, baxışlarını tərənnüm etdiyini söyləyib.
Sonra görkəmli heykəltəraşın ailəsi adından onun oğlunun yaratdığı rəsm əsasında tərtib edilmiş və yubiley münasibətilə hazırlanmış xatirə hədiyyələri Xalq Rəssamına təqdim olunub.
Əməkdar Memar Rasim Əliyev Xalq Rəssamı Ömər Eldarovun zəngin yaradıcılığından söz açaraq söyləyib ki, onun bütün əsərləri orijinallığı ilə seçilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da görkəmli heykəltəraşı təbrik edib, ona yaradıcılığında yeni-yeni uğurlar arzulayıb.
Ömər Eldarov ona göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də Leyla Əliyevaya minnətdarlığını bildirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Ekspozisiyada Xalq Rəssamının bürünc, ağac, daş və digər materiallardan hazırladığı 30-dan çox heykəltəraşlıq nümunəsi sərgilənir.
Ömər Eldarov Azərbaycanın bir çox görkəmli şəxsiyyətlərinin xatirəsini əbədiləşdirən heykəllərin, abidələrin müəllifidir. O, hər bir əsərində təsvir etdiyi şəxsin fərdi xüsusiyyətlərini üzə çıxarır, portret oxşarlığı yaratmaqla yanaşı, öz qəhrəmanının mənəvi və insani keyfiyyətlərini ifadə edir. Görkəmli rəssam insanın daxili dünyasının özəlliklərini təxmin etməyə imkan verən xarakterik duruşu, jesti, həmin şəxsin davranışındakı xüsusiyyətləri əsərlərinə həkk edir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarüstü abidəsi və onun xatirəsinə həsr olunan "Elegiya” Ömər Eldarovun məşhur əsərləridir.
Ömər Eldarov dövlət tərəfindən bir sıra mükafat və fəxri adlarla təltif olunan görkəmli monumentalistdir. O, 1960-cı ildə Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb, 1967-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü seçilib. 1980-ci ildə tacik yazıçısı və maarifçisi Sədrəddin Ayninin Düşənbə şəhərində ucaldılmış abidə-ansamblını yaratdığına görə SSRİ Dövlət Mükafatı ilə təltif olunub. 1982-ci ildə Azərbaycanın Dövlət Mükafatı, 1997-ci ildə "İstiqlal” ordeni, 2009-cu ildə Heydər Əliyev Mükafatı, 2017-ci ildə isə "Heydər Əliyev” ordeninə layiq görülüb.
Onun yaradıcılığının coğrafiyası Azərbaycanla məhdudlaşmır. Sevastopolda II Dünya müharibəsi zamanı Sapun dağından başlamış hücumun iştirakçısı olmuş 77-ci Azərbaycan diviziyasına həsr edilən abidənin müəllifi Ömər Eldarovdur. Heykəltəraşın müəllifi olduğu əsərlər bir neçə ölkədə ucaldılıb.
Ömər Eldarov yalnız monumental abidələrin müəllifi deyil. O, həm də bir sıra dəzgah heykəltəraşlığı nümunələri yaradıb.




www.ann.az
Xəbər lenti
-
18:306 nazir, 6 komitə sədri və 2 xidmət rəisinin yeri boşdur - SİYAHI
-
18:16Baş nazirin daha iki müavini vəzifəsini itirdi
-
18:12Yeni nazir Sahil Babayev kimdir? - DOSYE
-
17:49İlham Əliyev 2 naziri və 2 komitə sədrini işdən çıxartdı - TƏYİNATLAR
-
17:39Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi (SİYAHI)
-
16:51Kriptovalyuta saytları bağlanır
-
16:16Bakıda BMW alışdı, yanğınsöndürənlər başqa yeri suladı (VİDEO)
-
15:58Baş nazirə yeni müavin təyin olundu
-
15:30Prezident Baş nazirlə bağlı sərəncam imzaladı
-
15:04Yeni istifadəyə verilən 3 yol dağıldı
-
14:45İran yenidən nüvə fəaliyyətinə başlaya bilər
-
14:44Yeni baş nazirimiz hansı filmdə rol alıb? (VİDEO)
-
14:13"Baş nazir təyinatı Prezidentin müdrik addımıdır" - Rəşad Məcid
-
13:10Millət vəkilinə ağır itki üz verib
-
12:59Ölkədə müşahidə olunan faktiki hava
-
12:39Yeni baş nazirdən ilk açıqlama (VİDEO)
-
12:28Milli Məclis yeni Baş nazirin təyinatına razılıq verdi
-
11:54Hacıbala Abutalıbovun istefa xəbərinə reaksiya: "Elə şey olar?"
-
11:37Azərbaycanın yeni baş naziri açıqlandı
-
11:08Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru dünyasını dəyişib
-
10:56Azərbaycanda daha iki alpinist itkin düşdü (FOTOLAR)
-
10:20İlham Əliyev Artur Rasi-zadəyə xidmətlərinə görə təşəkkür etdi
-
19:16Azərbaycanda daha bir dövlət agentliyi yaradılıb
-
19:11Azərbaycanda dövlət qurumu ləğv olundu
-
18:23Nazirlik bələdiyyə sədrini 4000 manat cərimələdi
-
17:50Bakıda metronun deposundan əl qumbarası tapıldı (FOTOLAR)
-
16:47İlham Əliyev yeni qatarlara baxdı (FOTOLAR)
-
16:07Sabah Azərbaycanın yeni baş naziri seçiləcək
-
15:43“Formula-1”-də yaralananlar üçün iki xəstəxana ayrıldı
-
15:19“KİV haqqında” qanuna dəyişiklik edilir
-
14:54Bayıldakı altı evə görə sakinlərə vəsait ödənilib
-
14:08Arsen Venger "Arsenal"dan getdi (RƏSMİ)
-
13:31Sabahın havası: yağış yağacaq, dolu düşəcək
-
13:02Narkoloji Mərkəzin direktorundan sonra, daha iki nəfər işdən çıxarılıb
-
11:16Bayılda evləri dağılan ailələrə verilən maddi yardım hesablara köçürülüb
-
10:47Ağdamlı iş adamının hesabına səhvən 128 milyon avro köçürdülər (FOTO)
-
09:40Cəbhədə vəziyyət necədir?
-
22:57“RAHAT” marketdən oğurluq: Oğru cinayət başında yaxalandı (VİDEO)
-
18:38İlham Əliyev yeni sədr təyin etdi (SƏRƏNCAM)
-
17:29"SOCAR Polymer”: "İşçilərin etiraz aksiyası keçirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir"
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
Digər xəbərlər
-
Mədəniyyət, Fotolar, Vİdeo
Beş yaşlı azərbaycanlı ABŞ-ın məşhur şoularına çıxacaq (FOTOLAR)
-
Mədəniyyət, Fotolar
“CinemaPlus Gənclik Mall”da Tünzalə Ağayevanın “Qoşa qanad” klipinin təqdimatı keçirilib (FOTOLAR)
-
Mədəniyyət, Fotolar
“Eurovision-2018” təmsilçimiz: Müsabiqənin sənətə dəxli yoxdur (MÜSAHİBƏ)
-
Mədəniyyət, Fotolar
Murad Dadaşov: “Siqaret çəkmə, kino çək” müsabiqəsində təsirli film görmək istərdim” (MÜSAHİBƏ)
-
Mədəniyyət, Fotolar
"Cinemaplus Xəmsə"də "Kəklikotu"nun möhtəşəm imza günü - FOTOLAR
-
Mədəniyyət, Fotolar
Nərgiz Paşayeva qızı ilə konsertdə (FOTOLAR)
-
Mədəniyyət, Fotolar
ABŞ-da vəfat edən Azərbaycanın xalq artistinin nəşi yaxın günlərdə Bakıya gətiriləcək (FOTOLAR)
-
Mədəniyyət, Fotolar
Prezident Fərhad Bədəlbəyliyə “İstiqlal” ordeni verdi (FOTOLAR)
-
Mədəniyyət, Fotolar
"Kəklikotu"da böyük tamaşaçı izdihamı (FOTOLAR)