Lavrov və Zərif Bakıya gəlir: üçtərəfli görüş keçiriləcək

Lavrov və Zərif Bakıya gəlir: üçtərəfli görüş keçiriləcək
Bakı şəhərində Azərbaycan - İran – Rusiya xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.

ANN.Az Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 20-də Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan – İran - Rusiya xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.
 


www.ann.az

Xəbər lenti