Lavrov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi (FOTOLAR)

Lavrov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi (FOTOLAR)
Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 20-də Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

ANN.Az AZƏRTAC-a istinadla xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
 





www.ann.az

Xəbər lenti