Lapşin İlham Əliyevə təşəkkür etdi: Peşmanam...

Lapşin İlham Əliyevə təşəkkür etdi: Peşmanam...
Bloger Aleksandr Lapşin əfv olunduğu üçün Prezident İlham Əliyevə təşəkkür məktubu yazıb.

Bu barədə APA-ya A.Lapşinin vəkili Eduard Çernin məlumat verib.

E.Çernin bildirib ki, Lapşin məktubunda əməlindən peşman olduğunu bildirib: "Lapşin məktubunda 

səhvlərini başa düşdüyünü qeyd edib, əfv olunduğu üçün prezidentə və ailəsinə təşəkkürünü 

bildirib”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev senyabrın 11-də Aleksandr Lapşinin əfv 

edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 

2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail 

vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilib.

Onu da əlavə edək ki, A.Lapşin sentyabrın 10-da cəzaçəkmə müəssisəsində intihara cəhd edib.

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz 

olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə 

Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı 

aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və 

dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının 

hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılıb. O, 2017-ci il fevralın 7-də Azərbaycan 

Respublikasına ekstradisiya edilib.

A.Lapşin Cinayət Məcəlləsinin 281.2-ci (dövlətə qarşı açıq çağırışlar) və 318.2-ci (sərhədi 

qanunsuz keçmək) maddələri üzrə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 281.2-ci (Hakimiyyətin zorla ələ 

keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun 

zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, 

habelə bu cür məzmunlu materialları yayma - Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən 

törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verib, bu maddə üzrə ittihamın təsdiqini 

tapmaması qənaətinə gəlib.

A.Lapşin Cinayət Məcəlləsinin 318.2-ci (sərhədi qanunsuz keçmək) maddəsi ilə təqsirli bilinərək 

Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul tarixli hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə 

müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkil onu da əlavə edib ki, Lapşin hələ də xəstəxanadadır: "Səhhəti normal olsa da, düşündük ki, 

burda evi yoxdur, hara göndərə bilərik?! Ona görə xəstəxanada qalması məsləhət görüldü".

www.ann.az

Xəbər lenti