Kriştiano Ronaldo rəsmən "Yuventus"da

Kriştiano Ronaldo rəsmən
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun İtaliyanın "Yuventus” klubuna keçidi rəsmiləşib. 

Ann.az xəbər verir ki, bu barədə "Real”ın rəsmi saytı məlumat yayıb.

Madridlilər 2009-cu ildən klubun şərəfini qoruyan hücumçunun Turin təmsilçisinə keçdiyini elan edib. Lakin transferin rəsmi məbləğini açıqlamayıb.

İspaniyanın "Marka” nəşri 438 oyunda 451 qol vuran Ronaldonun keçidinin 105 milyon avroya rəsmiləşdiyini iddia edir.

Qeyd edək ki, Ronaldo 2009-cu ildə "Mançester Yunayted"dən "Real"a 94 milyon avroya transfer olunub. Bu müddətdə o, La Liqann (2 dəfə), "Kral Kuboku"nun (2), İspaniya Super Kubokunun (2), Çempionalr Liqasının (4), Avropa Super Kubokunun (2), klublararası düny çempionatının (3) qalibi olub, 4 dəfə "Qızıl top"a sahib çıxıb.

www.ann.az

Xəbər lenti