"Kral Klubu" ulduz futbolçularının uşaqlıq dövrləri - FOTOLAR

"Real"ın kapitanı Serxio Ramos "Atletiko"nun klub dəyərlərinin hər şeydən üstün olması ilə bağlı açıqlamalara münasibət bildirib.

ANN.Az xəbər verir ki, kapitan "Hamı bizim ("Real" oyunçularının) Bövrli Hilzdə (Beverly Hills) böyüdüyümüzü düşünür. Biz də sadə insanlarıq, bizim də dəyərlərimiz, öncəliklərimiz var” cavabını verib. 

"Real" oyunçuları Bövrli Hilzdən gəlmirlərsə, bəs haradan gəlirlər? ANN.Az "Kral Klubu" oyunçularının haradan gəldiyini təqdim edir.

Luka Modriçin uşaqlığı Yuqoslaviyanın dağılması və vətəndaş müharibəsinə təsadüf edib.


Bu isə Kriştiano Ronaldonun "Sportinq” klubuna transfer olduğu dövrdə Lissabonda qaldığı hosteldir. Madeyralı futbolçu uşaq yaşlarından futbolda irəliləyə bilmək üçün yaşadığı yeri tərk edib.


Bir çox braziliyalı uşaq kimi Marselo üçün də ən gözəl hədiyə futbol topudur.


Qapıçı Navasın böyüdüyü yer, Kosta-Rika.


Kasemiro da uşaqlığı çətin keçənlərdəndir. Futbolla maraqlanan Kasemiro oyundan öncəki günü dostlarının evində qalmalı olurdu.


İskonun uşaqlığını keçirdiyi mənzil.


Daniel Karvahalın Leqansda böyüdüyü küçə.
 

Kərim Benzemanın Lionda böyüdüyü Bron məhəlləsi.


Gənc Vazquezin top oynamağa başladığı yer.

 
 



www.ann.az

Xəbər lenti