Könüllülər alpinistlərin axtarışında (FOTOLAR)

Könüllülər alpinistlərin axtarışında (FOTOLAR)
"Hazırda itən dağçıları 3 qrup axtarır”. 

Ann.az xəbər verir ki, bu barədə məlumatı hazırda könüllü şəkildə Şahyaylaqda olan alpinist Toğrul Cəfərov sosial şəbəkədə yayıb. 

O bildirib ki, axtarış tədbirləri ilə əlaqədar olaraq bu gün Şahyaylaqda qərargah qurulub:

"Axtarışa FHN-nin xüsusi xilasetmə qrupu da qoşulub. 3 qrup - alpinistlər, FHN-nin xüsusi xilasetmə dəstəsi və Xınalıqlı bir qrup onları axtarır. Bundan başqa, köməkçi dəstə ilə qərargah məntəqəsində axtarışların gedişatı izlənilir. Hava şəraiti yaxşıdır. Yüngül külək var”.




www.ann.az

Xəbər lenti