Kitabxana-tramvaylar işə salınacaq

Kitabxana-tramvaylar işə salınacaq
Moskvada tezliklə qiraət tramvayları peyda ola bilər.ANS PRESS "Rossiya 24" kanalına istinadən bildirir ki, səfər zamanı sərnişinlər dünya klassiklərinin əsərləri ilə tanış ola biləcək. Hazırda məsələyə Moskva şəhər nəqliyyatı idarəsində baxılır. İlk öncə 4 saylı marşrutda xüsusi üzlüklü kitablar tramvayalara yerləşdiriləcək. Əgər layihə moskvalılara xoş gələrsə, şəhərin bütün tramvaylarına kitablar qoyulacaq. Layihədə məqsəd Moskva sakinlərinin qiraət səviyyəsini qaldırmaqdır. Əgər 1992-ci ildə vətəndaşlar üç ayda orta hesabla 5,14 kitab oxuyurdularsa, 2011-ci ildə bu rəqəm 3,94-ə düşüb. ANN.Az

Xəbər lenti