"Kəpəz" "Arsenal"ın yetirməsini transfer etdi

"Kəpəz" ukraynalı qapıçı transfer edib. 

Ann.az Fanat.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, Gəncə klubu Sergey Litovçenkonu heyətinə qatıb. Tiflis "Dinamo"sundan ayrılan 30 yaşlı qapıçı Ukrayna və Türkiyə klublarından təklif alıb. Amma o, "Kəpəz"i seçib. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Sergey Litovçenko 2017-ci ili "Dinmo"da keçirib və ümumilikdə 29 rəsmi oyunda meydana çıxıb. O, karyerası ərzində Ukraynanın "Arsenal", "Qazovik-XQV", "Feniks-İlliçovets", "Voln", "Naftovik-Ukrnafta", "Helios", "Olimpik" və Gürcüstanın "Zuqdidi" klublarında çıxış edib.

www.ann.az

Xəbər lenti