"Kəklikotu"da böyük tamaşaçı izdihamı (FOTOLAR)

"Cinemazadeh" studiyasının istehsalı olan "Kəklikotu" kinosevərlər üçün əsl Yeni il hədiyyəsinə çevrilib. Belə ki, maraqlı süjet xətti ilə seçilən film kinoteatrlarda tamaşaçıların böyük marağı ilə qarşılanır. 

Paytaxtın ayrı-ayrı kinoteatrlarda nümayiş etdirilən "Kəklikotu artıq yüzlərlə kinosevərin diqqətini cəlb edə bilib. Kinoteatrlardakı çoxsaylı tamaşaçı auditoriyası, biletlərin satışındakı izdiham sözylənilənlərə əyani sübutdür. 

İzləyicilərin çoxluğu ilə əlaqədar artıq bir sıra kinoteatrların afişalarını bəzəyən filmi mübaliğəsiz olaraq son illərin ən uğurlu ekran əsərlərindən biri adlandırmaq olar. Maraqlı süjet xətti ətrafında toplaşan aktyor heyəti kinosevərlərin ürəyini ovsunlaya bilib.






www.ann.az

Xəbər lenti