"Kəklikotu" kino-komediyası il sonunun ən bəyənilən filmi (VİDEOREPORTAJ)

"Cinemazadeh" studiyasının istehsalı olan "Kəklikotu" kino-komediyası son günlərin ən çox bəyənilən filmləri sırasında yer alır.

"Report" xəbər verir ki, 20-dən çox məşhur aktyor, muğənni və rejissorları bir araya toplayan ekran işini izləyən tamaşaçılar film haqqında müsbət fikirlər səsləndiriblər.

Tamaşaçı marağının çox olması ilə əlaqədar bir sıra kinoteatrlarda anşlaq olub.

Süjet xəttinə görə, meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satır. Sonradan məlum olur ki, kisədəki kəklikotu deyil, qurudulmuş marixuana olub. Məhz bu macəra, eləcə də peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına səbəb olub.

Qeyd edək ki, film "Ganjlik Mall"da, "28 Mall"da, "Aygun Mall"da, "Khamsa Park"da ("Ganja"), "Amburan Mall"da, "Azerbaijan Cinema"da nümayiş etdirilir.


www.ann.az

Xəbər lenti