Gülnarə Kərimova həbs olundu

Gülnarə Kərimova həbs olundu
Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub. 

Ann.az Rusiya mediasına istinadən xəbər verir ki, Gülnarə Kərimovaya qarşı bir neçə ağır ittiham irəli sürülüb.

Özbəkistan Baş Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, İslam Kərimovun prezidentliyi zamanı ölkənin ən varlı iş adamlarından biri olan Gülnarə Kərimova ilə bağlı həbs qətimkan tədbiri seçilib. 

Açıqlamada bildirilir ki, sabiq prezidentin qızı ilə əlaqədə olan mütəşəkkil cinayətkar dəstə də ifşa edilib: "Həmin dəstə 12 ölkədə, o cümlədən Rusiyada fəaliyyət göstəririb". 

Qeyd edək ki, İslam Kərimovun prezidentliyi zamanı Gülnarə Kərimova ev dustağı edilərək, tam təcrid edilmişdi. 

www.ann.az

Xəbər lenti