Kataloniyanın muxtariyyəti ləğv edildi

Kataloniyanın muxtariyyəti ləğv edildi
İspaniya höküməti Kataloniya Muxtar vilayətinin ləğv edilməsi barədə qərar qəbul edib.

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, rəsmi Madrid konstitusiyanın 155-ci maddəsinin qüvvəyə minməsi barədə qərar qəbul edib. Kataloniya idarəçiliyi Madridə keçəcək və növbəti 6 ay ərzində seçkilər keçiriləcək. Hökümət bu məqsədlə Sosialist İşçi Partiyası ilə razılıq əldə edib. 

1 oktyabrda keçirilmiş Kataloniyanın müstəqillik referendumundan sonra bölgənin müstəqillik bildirişi deputatlar tərəfindən imzalanmış, lakin müstəqillik elan edilməmişdi. Hökümət Kataloniyanın müstəqillik elan edib-etməməsi barədə 5 gün müddətində açıqlama tələb etmiş, lakin heç bir cavab verilməmişdi.

Dünən muxtar vilayətdə qeyri-adi etiraz aksiyası keçirilib. İnsanlar mərkəzlərini Kataloniyadan köçürmək istəyən banklardan pullarını çəkməyə başlayıblar. Çəkilən məbləğ qanuna minən 155-ci maddəyə işarə olaraq 155 avro müəyyənləşdirilib. Bəziləri isə Kataloniyanın İspaniyanın tərkibinə daxil edildiyi 1714-cü ilə görə 1714 avro çəkib. 

Qeyd edək ki, referendumda əhalinin 43%-i iştirak etmiş, onların 90%-indən çoxu müstəqilliyə "Hə" demişdi.
 


www.ann.az

Xəbər lenti