Kataloniya prezidenti: «Bir neçə günə müstəqillik elan ediləcək» (FOTOLAR)

Kataloniya prezidenti: «Bir neçə günə müstəqillik elan ediləcək» (FOTOLAR)
Oktyabrın 1-də keçirilən müstəqillik referendumu İspaniya mərkəzi hökuməti və kral tərəfindən tanınmayan Kataloniya qərarını verib. 

ANN.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Muxtariyyət müstəqilliyini elan etməklə bağlı qərar qəbul edib. 

Polis maneəsi səbəbindən səsvermə hüququ olan vətəndaşlarının cəmi 42 faizinin qatıldığı referendumda seçki qutusundan çıxan səslərin 90 faizi müstəqillik leyhinə olub.

Bu gün BBC-yə açıqlama verən Kataloniya muxtariyyətinin prezidenti Karles Puyqdemont İspaniyadan rəsmən ayrılacaqlarını və bir neçə gün içində müstəqilliklərini elan edəcəklərini açıqlayıb. 

Bu arada Kataloniyada etiraz aksiyaları davam edir. İspaniya hökumətinə qarşı başlayan ümummilli tətil bütün muxtariyyəti bürüyüb. Barselona, Girona, Lleyda kimi böyük şəhərlərdə küçələrə çıxan müstəqillik tərəfdarı olan insanlar İspaniya hökumətinə və polisə etiraz edir. 
 






www.ann.az

Xəbər lenti