Kalmık qonaqlarla görüş keçirilib

Kalmık qonaqlarla görüş keçirilib
Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərindədir. Oktyabr ayının 9-dan – 11-dək davam edəcək qastrol səfərində teatrın yaradıcı kollektivi A.S.Puşkinin "Золотая рыбка” ("Qızıl balıq”), Ə.Əmirlinin "Любящая женщина” ("Sevən qadın”) tamaşaları ilə çıxış edir.  

Qastrol çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovla kalmıkiyalı qonaqların görüşü keçirilib. 

Görüşdə Kalmık Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyev, Kalmıkiya Respublikasının Xalq Artisti Sergey Muçiryayev, rejissor, Mari El Respublikasının (Rusiya Federasiyası) Əməkdar İncəsənət Xadimi Sergey Pekteyev, Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, yazıçı-dramaturq Əli Əmirli iştirak ediblər.  

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri, gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan bir sıra məsələlər, növbəti qastrol səfərləri barədə müzakirə olunaraq qərarlar qəbul edilib.





                                                             Teatrın mətbuat xidməti 




www.ann.az

Xəbər lenti