Kabel televiziyaları ilə bağlı yenilik

İqtisadiyyat 20-04-2017 22:05 Oxunma sayı: 785
Kabel televiziyaları ilə bağlı yenilik
Kabel şəbəkəsi yayımçıları üçün bəzi proqramların yayımı məcburiləşdirilir.

Azərbaycanda kabel şəbəkəsi yayımçısı dövlət ehtiyacları məqsədi ilə icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən teleradio yayımı üçün lisenziya verilmiş yayımçıların proqramlarını ödənişsiz yayımlamağa borcludur.

ANN.Az Report-a istinadən xəbər verir ki, bu, yeni hazırlanan "Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsində qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan abonentin yaşayış və qeyri-yaşayış sahələrində kabel şəbəkəsinə teleradio proqramlarında monitorinq məqsədilə hər hansı müdaxilə qadağandır.

Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
www.ann.az

Loading...