IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işini davam etdirir

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işini davam etdirir
"Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 6-da işini davam etdirir.

ANN.Az xəbər verir ki, Forumun üçüncü iş günündə nazirlərin görüşü, yüksək səviyyəli toplantı, ikinci plenar sessiya və panel müzakirələr keçiriləcək.

Forumda 800-dən çox xarici nümayəndə iştirak edir. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər daxildir. Artıq qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilən Forumda ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində təmsil olunur.



www.ann.az

Xəbər lenti