İtkin düşən neftçilərin sonuncusu da tapılaraq ailəsinə təhvil verilib

İtkin düşən neftçilərin sonuncusu da tapılaraq ailəsinə təhvil verilib
"Azərbaycan Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları nəticəsində itkin düşən neftçilərin sonuncusu da tapılaraq ailəsinə təhvil verilib.

ANN.Az xəbər verir ki, bu barədə Qərargahdan daxil olan məlumata bildirilir.

Qeyd edək ki meyiti aşkar edilən Əsədov Samir Atabala oğlu itkin düşən neftçilərin sonuncusu idi.

Bununla da, itkin düşən neftçilərin hamısı Qərargahın həyata keçirdiyi Axtarış – Xilasetmə əməliyyatları nəticəsində tapılaraq ailəsinə təhvil verildi və axtarış – xilasetmə əməliyyatlarına yekun vurulub.
 


www.ann.az

Xəbər lenti