Stokholm metrosunda partlayış: ölən və yaralanan var (YENİLƏNİB/FOTOLAR)

Stokholm metrosunda partlayış: ölən və yaralanan var (YENİLƏNİB/FOTOLAR)
Bu gün Stokholm metrosunda partlayış zamanı yaralanan 60 yaşlı kişi həyatını itirib.

Ann.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsveç polisi məlumat yayıb.

Partlayışda yaralanan 45 yaşlı qadın həmin kişinin həyat yoldaşı olub. Üzündən və ayağından yaralanan qadın xəstəxanaya yerləşdirilib. Polis qətl və ictimai təhlükəsizliyə qarşı cinayətlə bağlı ilkin təhqiqata başlayıb. 
 
***
16.38
 
Bu gün Stokholm metrosunda partlayışa səbəb əl qumbarası olub.

Ann.az xəbər verir ki, bu barədə İsveçin "Aftonbladet" qəzeti məlumat yayıb.

***
16.00 
 
İsveçin paytaxtı Stokholmdakı metro stansiyaların birində partlayış olub.

Ann.az xəbər verir ki, şəhərin cənubundakı Huddinge rayonundakı Varbi Qard metro stansiyasında baş verən partlayış zamanı 60 yaşlı bir kişi və 45 yaşlı bir qazın yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Stokholm Polis Departamentinin əməkdaşı Sven-Erik Olsson yerli mediaya açıqlamasında "Partlayış yaralanan kişi yerdən bir cisimi götürərkən baş verib" deyib.

Metro stansiyası və ətrafı polis tərəfindən bağlanıb. Polis araşdırmalara başlayıb. Olayın terror aktı ola biləcəyi deyidir.




www.ann.az

Xəbər lenti