İspaniyanın idman nəşri Azərbaycandan üzr istəyib

İspaniyanın idman nəşri Azərbaycandan üzr istəyib
 İspaniyanın məşhur idman nəşri "Mundo Deportivo" Azərbaycanın "Qarabağ" futbol komandası ilə bağlı yol verdiyi yanlışlığı aradan qaldırıb.

ANN.Az məlumatına görə, qəzetin internet səhifəsində "Atletiko Madrid" komandasının futbolçusu Yannik Karrasko haqqında dərc ediən məqalədə "Qarabağ" futbol klubu səhvən erməni klubu kimi təqdim olunub.

Azərbaycanın İspaniyadakı səfirliyinin müdaxiləsi nəticəsində nəşrin redaksiya heyəti yol verilən səhvə görə üzrxahlıq edib, sözügedən yazıdan həmin hissə çıxarılıb. Yazıya "Qarabağ" futbol klubunun Azərbaycana məxsus olması barədə məlumat əlavə olunub. 
 



www.ann.az

Xəbər lenti