İslamiada: Prezident taekvandoçulara medalları təqdim etdi

İslamiada: Prezident taekvandoçulara medalları təqdim etdi
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 80 kq-dək çəki dərəcəsində qalib gələn taekvandoçuların mükafatlandırılması mərasimi keçirilib.

Qaliblərə medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

Bu çəki dərəcəsində təmsilçimiz Milad Beygi Harçeqani çempion olub.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 

www.ann.az

Xəbər lenti