İslamiada növbəti qızıl medal boksdan gəldi

İslamiada növbəti qızıl medal boksdan gəldi
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 51-ci qızıl medalını qazanıb.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Cavid Çələbiyev finalda İraq idmançışı Əmmar Kərbəlayi ilə qarşılaşıb.

Təmsilçimiz həlledici görüşdə rəqibini məğlub edib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 


www.ann.az

Xəbər lenti