İslamda qadağan olunan musiqi var? (AÇIQLAMA)

İslamda qadağan olunan musiqi var? (AÇIQLAMA)
Bu gün səhər saatlarında Türkiyə Diyanət İşləri İdarəsi ictimaiyyət tərəfindən təəccüblə qarşılanan fətva verib.

ANN.Az Daily News nəşrinə istinadən xəbər verir ki, fətvaya görə, Türkiyədə kişilərin saç, saqqal və bığlarını qara rəngə boyamaları qadağan edilib:

"Saç, saqqal və bığların boyanması yalnız o halda mümkündür ki, məqsəd insanları aldatmaq olmasın. İslam qaydalarına əsasən, kişilərin saçlarını qara rəngə boyamaları yolverilməzdir. Bu qəbuledilməzdir”.

Bundan əlavə, qurumdan qeyd ediblər ki, İslama zidd olan musiqiyə qulaq asmaq da günahdır.

Həmçinin Türkiyədə spirtli içki satılan yerlərdə işləmək də qadağan olunub.

Bəs qoyulan qadağalar dini nə dərəcədə əks etdirir? Bu sualla ilahiyyatçı Elşad Miriyə müraciət etdik:

"Türkiyənin Diyanət İşləri İdarəsi ilə yaxından tanışam. Düşünmürəm ki, o qurum belə bir qərar verə bilər. Ola bilsin ki, Türkiyədə dinin məsələlərlə məşğul olan müxtəlif idarələr var. Yəqin ki, elə bu qadağaları onlar qoyub. 

Amma ümumiyyətlə, İslamda qadağan olunan musiqi yoxdur. Sadəcə sözlərində Allahı inkar edən, şərik qoşan ifadələr işlənən musiqilər ola bilər ki, onların dinlənməsi günah sayılar. Bura da təkcə musiqilər yox, şeir, hekayə, nağıl və s. də daxildir”.

www.ann.az

Xəbər lenti