İrqçilikdə ittiham olunan məşhur geyim firması dəyər itirdi

İrqçilikdə ittiham olunan məşhur geyim firması dəyər itirdi
İsveçin məşhur geyim-pərakəndə şirkəti "H&M"in satışa çıxartdığı məhsulun tanıtımı üçün istifadə etdiyi model görə böyük narazılıqlara səbəb olub.

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, şirkət qaradərili uşağın geyindiyi və üzərində "Meşədəki ən möhtəşəm meymun mənəm" cümləsi yazılan koftaya görə irqçilikdə ittiham edilirdi. Sosial mediadakı narazılıqlar səbəbilə uşağın şəklini saytdan silən şirkətə qarşı qəzəb zəifləməyəndən sonra "H&M" məhsulun satışını dayandırıb.

ABŞ-ın NBA ulduzu Lebron Ceyms hadisəyə münasibət bildirərək qaradərili insanlara olan ayrıseçkilik məsələsinə toxunub və "Mən orada kiçik kral görürəm" deyib.

Qeyd edək ki, qalmaqal şirkətin hissələrinin dəyər itirməsinə səbəb olub.

www.ann.az

Xəbər lenti